Xəstənin sağlam ayağını kəsən cərrah: `Səhvsiz adam olmur`


14:37     05 İyul 2016 saglam%20ayagini.jpg

Səhiyyə Nazirliyi Xüsusiləşdirilmiş Angioloji Mərkəzində xəstənin ayağının yanlışlıqla kəsilməsi hadisəsi barədə müvafiq qərar verib.


Qərara əsasən, Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Azər Şəmsəddinski və həkim-cərrah Valeh Kərimov işdən kənarlaşdırılıblar.

Femida.az bildirir ki, Nazirliyin qərarı ilə bağlı modern.az-a danışan V.Kərimov səhvsiz insanın olmadığını deyib:

"Mənim işim davam edir. Hələ ki araşdırma gedir, sonrasına da Allah kərimdir. Əgər səmimi danışsaq, həyatda səhvsiz insan olmur.
Mən rəhmətlik Fərman Salmanovla birgə işləmişəm. O vaxt quyular qazıldı, neft çıxmadı, amma axırıncı quyudan neft çıxdı. Həyatdır, sınaq meydanıdır, hər şey ola bilər".

Həkim: "Mən sağlam ayaq kəsməmişəm, fakt hər iki ayaq xəstə olub", - deyərək bir daha özünə haqq qazandırmağa çalışıb.

Xatırladaq ki, iyunun 24-də Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində vətəndaş Məmmədova Tərlan Həsən qızı üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Əməliyyatı zamanı mərkəzin həkim-cərrah Valeh Kərimov xəstənin sol aşağı əvəzinə, kobud səhv edərək sağ aşağını amputasiya edib. Əməliyyatdan sonra həkim mexaniki olaraq səhv etdiyini açıqlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1305